Rusiyada koronavirusa yoluxanların sayı artdı

Rusiyada koronavirusa yoluxanların sayı artdı Rusiyada daha bir nəfərdə koronavirus aşkarlanıb.
Region
5 Mart , 2020 14:43
Rusiyada koronavirusa yoluxanların sayı artdı
google.az

Rusiyada daha bir nəfərdə koronavirus aşkarlanıb.

“Report” “Interfax”a istinadən xəbər verir ki, yoluxan şəxs İtaliya vətəndaşıdır.

O, ölkəyə fevralın 29-da gəlib. Martın 2-də isə kəskin respirator virus infeksiyası simptomlarına görə həkimə müraciət edib. Xəstənin hansı şəhərdə olması barədə məlumat verilmir.

Bu da Rusiyada koronavirusa yoluxma faktının qeydə alındığı 7-ci haldır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 86 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 203-ə çatıb. Bunların 53 707 nəfəri sağalıb, 3 303 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi