Rusiyada koronavirusa yoluxanların sayı 912 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 912 mini ötdü Rusiyada son bir gündə daha 5 065 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
14 Avqust , 2020 11:35
Rusiyada koronavirusa yoluxanların sayı 912 mini ötdü
0 : 00
0 : 00

Rusiyada son bir gündə daha 5 065 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 912 823 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 114 nəfər artaraq 15 498-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 722 964 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 688 nəfər.

Son xəbərlər

Orphus sistemi