Rusiyada koronavirusa yoluxanların sayı 860 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 860 mini ötdü Rusiyada son bir gündə daha 5 159 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
235
4 Avqust , 2020 11:33
Rusiyada koronavirusa yoluxanların sayı 860 mini ötdü

Rusiyada son bir gündə daha 5 159 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 861 423 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 144 nəfər artaraq 14 351-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 661 471 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 691 nəfər.

Orphus sistemi