Rusiyada koronavirusa yoluxanların sayı 400 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 400 mini ötdü Rusiyada son bir gündə daha 9 268 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
31 May , 2020 11:36
Rusiyada koronavirusa yoluxanların sayı 400 mini ötdü

Rusiyada son bir gündə daha 9 268 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 405 843 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 138 nəfər artaraq 4 693-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 171 883 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 595 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu ötüb. Bunların 2,7 milyon nəfərdən çoxu sağalıb, 371 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi