Rusiyada koronavirusa yoluxanların sayı 32 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 32 mini ötdü Rusiyada son bir gündə 4 069 nəfərə koronavirus diaqnozu qoyulub, 41 nəfər virusun qurbanı olub.
Region
17 Aprel , 2020 11:52
Rusiyada koronavirusa yoluxanların sayı 32 mini ötdü
0 : 00
0 : 00

Rusiyada son bir gündə 4 069 nəfərə koronavirus diaqnozu qoyulub, 41 nəfər virusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 32 007 nəfərə, ölənlərin sayı 273-ə, sağalanların sayı isə 2 590 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 184 000-i ötüb. Bunların 553 227 nəfəri sağalıb, 146 898 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi