Rusiyada son sutkada koronavirusa 7 728 yoluxma aşkarlanıb

Rusiyada son sutkada koronavirusa 7 728 yoluxma aşkarlanıb Rusiyada koronavirusa yoluxanların ümumi sayı 584 680 nəfərə çatıb.
Region
299
21 İyun , 2020 12:17
Rusiyada son sutkada koronavirusa 7 728 yoluxma aşkarlanıb

Rusiyada koronavirusa yoluxanların ümumi sayı 584 680 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə mübarizə üzrə Operativ Qərargahda jurnalistlərə bildirilib.

Qeyd edilir ki, son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı 7 728 hal aşkar edilib.

"Rusiyanın 84 regionunda son gün ərzində COVID-19 infeksiyasına yeni yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 7 728-dir, həmçinin kliniki təzahürsüz 2 335 (30,2%) aktiv xəstə aşkar edilib", - xəbərdə deyilir.

Əlavə edilir ki, ölkənin 85 regionunda bütün vaxt ərzində koronavirusa 584 680 yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi