Rusiyada kafenin damı çöküb, ölən və yaralılar var - YENİLƏNİB

Rusiyada kafenin damı çöküb, ölən və yaralılar var - YENİLƏNİB Rusiyanın Novosibirsk şəhərində Gənclik Bulvarında yerləşən kafenin damının çökməsi nəticəsində bir nəfər ölüb.
Region
2 Fevral , 2020 06:18
Rusiyada kafenin damı çöküb, ölən və yaralılar var  - YENİLƏNİB

Rusiyanın Novosibirsk şəhərində Gənclik Bulvarında yerləşən kafenin damının çökməsi nəticəsində bir nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “TASS”-a Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, xilasedicilər dağıntılar altından beş nəfəri çıxarıb, onlardan biri ölüb.

“Xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda axtarış işləri yekunlaşdırılıb, dağıntılar altında heç kim yoxdur. Kafenin soyunma otağının damı 240 kv.m sahədə çöküb. Təxminən 200 nəfər təxliyə olunub. Qəza yerində isə FHN-nin 80 şəxsi heyəti işləyib”-deyə, məlumatda bildirilir.

Çökməyə səbəb kimi tikilinin üzərinə əlavə edilmiş panellər göstərilib. 


02:40***

Rusiyanın Novosibirsk şəhərində kafenin soyunma otağının damı çöküb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

“Gənclik Bulvarındakı kafenin soyunma otağının damı 240 kv. m sahədə çöküb. Şahidlərin sözlərinə görə, dağıntılar altında 10 nəfərə yaxın insan ola bilər” - deyə Fövqəladə Hallar Nazirliyi bildirib.

FHN-nin regional şöbəsindən verilən son məlumata görə, dağıntılar altından 3 nəfər çıxarılıb, təxminən 200 nəfər ərazidən təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi