Rusiyada işdən çıxarılan şəxs zavod əməkdaşlarına bıçaqla hücum edib, 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyada işdən çıxarılan şəxs zavod əməkdaşlarına bıçaqla hücum edib, 3 nəfər ölüb, 2 nəfər yaralanıb Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir
Region
23 Avqust , 2017 11:25
Rusiyada işdən çıxarılan şəxs zavod əməkdaşlarına bıçaqla hücum edib, 3 nəfər  ölüb, 2 nəfər yaralanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Rusiyanın Nijni Novqorod şəhərində “QAZ” avtomobil zavodunun ərazisində bir kişi bıçaqla insanlara hücum edərək 3 nəfəri öldürüb, 2 nəfəri ağır yaralayıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, həmin şəxs zavodun keçmiş işçisi olub. 

Məlumata görə, hücuma səbəb zavod rəhbərliyinin onu işdən çıxmağa məcbur etdiyi ehtimal olunur.  Belə ki, həmin şəxs zavod rəhbərliyinə hücum etməklə işdən çıxarılmasının qisasını alıb.

“O, işə gəlmişdi. Ona dedilər ki, işdən çıxarılıb. O, da özünü saxlaya bilməyib bu hadisəni törətdi”, - zavodun əməkdaşlarından biri deyib.

Hadisə yerinə təcili tibbi yardım maşınları və həkimlər cəlb olunublar. 

Hələlik hüquq-mühafizə orqanları rəsmi açıqlama verməyib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir. 

Son xəbərlər

Orphus sistemi