Rusiyada iki nəfəri ildırım vurub öldürdü

Rusiyada iki nəfəri ildırım vurub öldürdü Rusiyanın Sverdlovsk vilayətində yerləşən Baltım gölünün ətrafında istirahət edən şəxsləri ildırım vurub.
Region
3 İyul , 2021 03:43
Rusiyada iki nəfəri ildırım vurub öldürdü

Rusiyanın Sverdlovsk vilayətində yerləşən Baltım gölünün ətrafında istirahət edən şəxsləri ildırım vurub.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, qəflətən pisləşən havadan qorunmaq istəyən iki ailənin üzvləri öz çadırlarının içərisinə daxil olublar. İldırım isə ailə başçılarını, 1986-cı təvəllüdlü Andrey və 1988-ci il təvəllüdlü Georgini vurub.

Qeyd olunub ki, Andrey hadisə yerində keçinib. Georgi isə həyat yoldaşının və həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.

Son xəbərlər

Orphus sistemi