Rusiyada İŞİD-ə pul toplamaqda şübhəli bilinən dəstənin üzvləri tutulublar

Rusiyada İŞİD-ə pul toplamaqda şübhəli bilinən dəstənin üzvləri tutulublar Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terrorçu İŞİD qruplaşmasına pul toplayan bir qrupu tutub.
Region
15 noyabr 2018 08:50
Rusiyada İŞİD-ə pul toplamaqda şübhəli bilinən dəstənin üzvləri tutulublar

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terrorçu İŞİD qruplaşmasına pul toplayan bir qrupu tutub.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə FTX-dən bildirilib.

“Tomsk vilayəti ərazisində terrorçu İŞİD qruplaşmasının maraqlarına maliyyə yardımı göstərilməsi üçün pul toplamaqda iştirak edən dəstənin fəaliyyəti aşkarlanıb”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, tutulanlar “Telegram”ın bağlı çatlarında İŞİD-ə yardım məqsədi ilə bank kartları və terrorçular üçün pul ödəmə xidmətlərinin rekvizitlərini paylaşım ediblər.

Onlar terrorçuluğu maliyyələşdirməkdə ittiham olunurlar.  

Son xəbərlər

Orphus sistemi