Rusiyada İnterpol xətti ilə axtarışda olan İŞİD tərəfdarı tutulub

Rusiyada İnterpol xətti ilə axtarışda olan İŞİD tərəfdarı tutulub İrina Volk: "O, Rusiyaya qonşu dövlətlərdən birinin vətəndaşıdır"
Region
26 Sentyabr , 2017 11:55
Rusiyada İnterpol xətti ilə axtarışda olan İŞİD tərəfdarı tutulub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Rusiyanın İrkutsk şəhərində terrorçu İŞİD qruplaşmasının tərəfdarı tutulub.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunubmuş.

“Rusiyanın Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və qvardiyanın İrkutskda keçirdiyi birgə axtarış-əməliyyat tədbiri nəticəsində İnterpol xətti ilə beynəlxalq axtarışda olan İŞİD tərəfdarı tutulub”, - Rusiya DİN-in sözçüsü İrina Volk bildirib.

Onun sözlərinə görə, 30 yaşlı kişi Rusiyaya qonşu dövlətlərdən birinin vətəndaşıdır. O, İrkutskda tikinti təşkilatlarından birində işləyirmiş: “Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və o, nəzarət altına alınıb”.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın Hamburq şəhərində İŞİD-lə əlaqədə olmaqda şübhəli bilinən rusiyalının tutulması barədə məlumat yayılmışdı.  

Son xəbərlər

Orphus sistemi