Bakı. 30 may. REPORT.AZ/ Rusiyada “An-26” təyyarəsinin qəzaya uğraması nəticəsində 1 hərbçi ölüb, 5-i yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsi yayıb.
Hadisə Krasnodar Ali Aviasiya Məktəbinin təyyarəçilərinin Saratovda təlim-məşq uçuşu keçirdiyi zaman baş verib. “An-26” təyyarəsinin sərt enişi qəzaya səbəb olub.
Məlumata görə, uçuş zamanı təyyarənin göyərtəsində 6 nəfər ekipaj üzvü olub: “Eniş zamanı təyyarə yanıb. Nəticədə bir həbrçi ölüb. Təyyarədəki qalan 5 ekipaj üzvü isə axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılaraq, xəstəxanaya yerləşdirilib”.
Xəbərdə bildirilib ki, təyyarənin mühərriklərindən birinin işləməməsi qəzaya səbəb olub. Hadisənin səbəbini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.