Rusiyada hərbi sənaye kompleksinə daxil olan FKP "Y.M.Sverdlov adına zavod"un baş direktoru Yuri Şumskin rüşvət almaqda şübhəli bilinərək həbs olunub.
"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı paytaxt Moskvanın Savelovski rayon məhkəməsi qərar qəbul edib.
Bildirilib ki, baş direktor "rüşvət almaq" maddəsi ilə ittiham olunaraq, barəsində cinayət işi başlanılıb və onunla bağlı noyabrın 19-dək həbs qətimkan tədbiri seçilib.
Həmçinin qeyd olunub ki, Rusiyanın "Spesximiya" holdinqinin keçmiş baş direktoru Yuri Zozulya da həbs edilib.
Qeyd edək ki, Y.M.Sverdlov adına zavod müdafiə məhsulları, partlayıcı maddələr, sənaye-kimyəvi maddələr və maşınqayırma avadanlığı istehsal edir.