Rusiyada hərbi hissədə yanğın olub

Rusiyada hərbi hissədə yanğın olub Rusiya Federasiyasının Dağıstan Respublikasında hərbi hissədəki tanklardan biri yanıb
Region
8 Aprel , 2021 03:17
Rusiyada hərbi hissədə yanğın olub

Rusiya Federasiyasının Dağıstan Respublikasında hərbi hissələrdən birində tank yanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, alov söndürülüb, hadisə zamanı heç kim zərər çəkməyib.

"2021-ci il 7 aprel saat 23:00-da Dağıstan Respublikalarının Buynaksk rayonunda hərbi hissənin dayanacağında tank alışıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Zərərçəkən yoxdur. Yanğının başvermə səbəbləri müəyyənləşdrilir”, - xəbərdə deyilir.

Son xəbərlər

Orphus sistemi