Rusiyada hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.
Hadisə Moskva vilayətinin Troise-Selso kəndində yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsinin silah otağında baş verib.
Hadisəni törədənin kimliyi açıqlanmayıb. O, Rusiya ordusunda müqavilə əsasında xidmət edirmiş.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.