Rusiyada helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Rusiyada helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb Rusiyanın Tver vilayətində “Robinson” markalı helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Region
28 Noyabr , 2022 01:47
Rusiyada helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Rusiyanın Tver vilayətində “Robinson” markalı helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Bu barədə “Report” “TASS” istinadən xəbər verir.

Qeyd olunub ki, helikopter Vyazovets kəndi yaxınlığındakı əkin sahəsinə düşüb. Helikopterdə olan Aleksandr Kurılev və onun qardaşı Dmitri Kurılev hadisə yerində keçinib.

Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 22 nəfər canlı qüvvə və 6 texnika göndərilib. Qəza ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi