Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb Hadisə yerində araşdırma aparılır
Region
4 May , 2017 17:58
Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Bakı. 4 may. REPORT.AZ/ Rusiyada “Robinson” xilasedici helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Başqırdıstanda baş verib. 

İnformasiyaya əsasən, helikopterdə olanlar İnzer-Beloretsk rayonunda meşə yanğınını müşahidə edirmiş. Məlumata görə, helikopterin göyərtəsində bir pilot və iki yanğınsöndürən olub.

Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, “Robinson” Rusiyanın “Layt eyr” özəl şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi