Rusiyada Gürcüstanla münasibətlərin bərpası üçün parlament qrupu yaradılacaq

Rusiyada Gürcüstanla münasibətlərin bərpası üçün parlament qrupu yaradılacaq Görüş zamanı Rusiya və Gürcüstan deputatları iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə edib
Region
11 İyul , 2017 18:02
Rusiyada Gürcüstanla münasibətlərin bərpası üçün parlament qrupu yaradılacaq

Bakı. 11 iyul. REPORT.AZ/ Rusiya Dövlət Dumasında Rusiya-Gürcüstan münasibətlərinin bərpası üzrə qeyri-rəsmi işçi qrupu yaradılacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Gürcüstan parlamentinin nümayəndələri ilə görüşün yekununda məlumat verib.

L.Kalaşnikov Gürcüstan tərəfinin hələlik rəsmi işçi qrupunun yaradılmasına hazır olmadığını qeyd edib.

Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsi, eləcə də diplomatik əlaqələrin bərpası müzakirə edilib.

Qeyd edək ki, Gürcüstan parlamentarilərinin cari səfəri son 10 ildə ilk olub. Nümayəndə heyətinin tərkibinə "Gürcüstan vətənpərvərləri Alyansı" parlament fraksiyasının sədri Giorgi Lomiya, bu fraksiyanın üzvü Ada Marşaniya və Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsinin sədr müavini Nato Çxeidze daxildir.

Son xəbərlər

Orphus sistemi