Rusiyada güclü yanğın oldu, ölənlər var - FOTO

Rusiyada güclü yanğın oldu, ölənlər var - FOTO Rusiyada güclü yanğın hadisəsi baş verib.
Region
16 Mart , 2020 08:27
Rusiyada güclü yanğın oldu, ölənlər var - FOTO

Rusiyada güclü yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə İrkutsk əyalətinin Ust-Ud qəsəbəsində, Orconikidze küçəsindəki ikiotaqlı evdə qeydə alınıb. 

"Bu səhər İrkutsk əyalətinin Ust-Ud qəsəbəsində baş verən yanğında dördü uşaq olmaqla, yeddi nəfər həlak olub", - nazirlikdə deyiblər.

Qeyd edilir ki, hadisə zamanı ölənlər 1998-ci il təvəllüdlü kişi, 1997 və 1993-cü il təvəllüdlü iki qadın, həmçinin dörd uşaqdır. Onların hamısı dəm qazından zəhərlənib.

İlkin məlumata görə, hadisəyə qısqapanma səbəb olub. 

Son xəbərlər

Orphus sistemi