Rusiyada göyərtəsində 71 nəfərin olduğu təyyarə qəzaya uğrayıb - FOTO

Rusiyada göyərtəsində 71 nəfərin olduğu təyyarə qəzaya uğrayıb - FOTO Təyyarə Arqunovo kəndi ərazisində qəzaya uğrayıb
Region
11 Fevral , 2018 16:29
Rusiyada göyərtəsində 71 nəfərin olduğu təyyarə qəzaya uğrayıb - FOTO

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "An-148" təyyarəsi Moskva vilayətinin Voskresenski rayonunun Arqunovo kəndi ərazisində qəzaya uğrayıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib.

Təyyarə "6W 703" saylı reys ilə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçurmuş.

Aktiv transponderlər vasitəsi ilə təyyarələrin yerdəyişməsini izləyən "FlightRadar24" xidmətinin məlumatına görə, təyyarə Bakı vaxtı ilə 14:26-da birdən-birə yüksəkliyi itirib.

Qəza yerinə gələn ilk xilasedicilərin bildirdiyinə görə, təyyarənin hissələri bir-birindən təxminən bir kilometr məsafədədir.

Moskvada bir həftədir mürəkkəb hava şərait hökm sürür və bu gün səhərdən etibarən qar yağır.

Son xəbərlər

Orphus sistemi