Rusiyada Fransa QHT-nin fəaliyyəti arzuolunmaz elan edilib

Rusiyada Fransa QHT-nin fəaliyyəti arzuolunmaz elan edilib Fransanın “Independent Institute of Philosophy” qeyri-hökumət təşkilatının (QHT) fəaliyyəti Rusiyada arzuolunmaz elan edilib.
Region
27 Yanvar , 2025 18:28
Rusiyada Fransa QHT-nin fəaliyyəti arzuolunmaz elan edilib

Fransanın “Independent Institute of Philosophy” qeyri-hökumət təşkilatının (QHT) fəaliyyəti Rusiyada arzuolunmaz elan edilib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

"Rusiya Federasiyasının Baş Prokurorluğu yoxlamanın nəticələrinə əsasən “Independent Institute of Philosophy” (“Institut de philosophie indépendаnt”) xarici qeyri-hökumət təşkilatının fəaliyyətinin arzuolunmaz elan olunması ilə bağlı qərar qəbul edib. Təşkilat 2023-cü ildə Parisdə təsis edilib", - məlumatda qeyd olunur.

QHT fəlsəfə, humanitar və sosial elmlər sahəsində tədqiqatların və təhsilin təşviqini, mühacirət etmək məcburiyyətində qalan filosoflara və digər elmi sahələrdən olan həmkarlara dəstək göstərilməsini öz vəzifəsi olduğunu bildirir.

Qeyd olunur ki, institut elmi ictimaiyyətin rusofob və anti-Rusiya ideyaları ilə seçilən nümayəndələrinin çıxış etdiyi müxtəlif konfranslar təşkil edir və keçirir.

Son xəbərlər

Orphus sistemi