Rusiyada evdə baş verən yanğında ölənlərin sayı artıb

Rusiyada evdə baş verən yanğında ölənlərin sayı artıb Rusiyanın İvanovo vilayətinin Yuryevets şəhərində fərdi evdə yanğın olub.
Region
13 fevral 2022 12:21
Rusiyada evdə baş verən yanğında ölənlərin sayı artıb

Rusiyanın İvanovo vilayətinin Yuryevets şəhərində fərdi evdə baş verən yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İvanovo vilayətinin prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, ailə 2020-ci ildən yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyada qeydiyyatdadır, uşaqlar antisanitar şəraitdə böyüyüblər. Sosial işçilər mütəmadi olaraq profilaktik yoxlamalar aparıblar, 

Bundan əvvəl bildirilirdi ki, fərdi evdə baş verən yanğında bir yaşından on yaşa qədər dörd uşaq ölüb. Yanğının ilkin səbəbi hələ müəyyən edilməyib. Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması faktı üzrə cinayət işi başlanıb.

13:13

Rusiyanın İvanovo vilayətinin Yuryevets şəhərində fərdi evdə yanğın olub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində dörd azyaşlı uşaq həlak olub.

İlkin məlumata görə, uşaqlarla birgə ana da olub. Hazırda ananın yeri müəyyənləşdirilir.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə cinayət işi başlanıb.

Müstəntiqlər uşaqların ölüm səbəblərini və alovun mənbəyini müəyyən etmək üçün məhkəmə-tibbi və yanğın-texniki ekspertizalar təyin edib.

Son xəbərlər

Orphus sistemi