Rusiyanın erməni əsilli boksçusu silahlı hücumda şübhəli bilinərək saxlanılıb

Rusiyanın erməni əsilli boksçusu silahlı hücumda şübhəli bilinərək saxlanılıb Rusiyanın erməni əsilli peşəkar boksçusu Arutyun Avetisyan paytaxt Moskvada silahlı hücumda şübhəli bilinərək saxlanılıb.
Region
238
8 Avqust , 2021 05:38
Rusiyanın erməni əsilli boksçusu silahlı hücumda şübhəli bilinərək saxlanılıb
Arutyun Avetisyan

Rusiyanın erməni əsilli peşəkar boksçusu Arutyun Avetisyan paytaxt Moskvada silahlı hücumda şübhəli bilinərək saxlanılıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, hücum avqustun 4-də Stalevarov küçəsində kafelərdən birinin ətrafında olub. Avetisyan və daha bir neçə nəfər Moskva sakinində külli miqdarda pulun olduğunu bilərək, qabaqcadan cinayət əməli planlaşdırmaqla ona hücum ediblər.

"Avqustun 4-də Stalevarov küçəsində bir neçə şəxs tapançaya oxşar predmetlə hədələyərək, kişinin 900 min rublunu qarət ediblər, bundan sonra hadisə yerindən qaçaraq gizləniblər. Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.

Avqustun 5-də cinayətdə şübhəli bilinən 1995-ci il təvəllüdlü şübhəli şəxs cinayət axtarışının əməkdaşları tərəfindən saxlanılıb", - polisdən bildirilib.

"Kişiyə silahlı hücumda şübhəli bilinən boksçu Arutyun Avetisyan saxlanılıb", - mənbə TASS-a əlavə edb.

Xatırladaq ki, daha əvvəl Rusiyanın dünya çempionunu qətlə yetirən ermənilər azadlıqdan məhrum olunublar.

Son xəbərlər

Orphus sistemi