Rusiyada ən yüksək əmək haqqı verilən fəaliyyət sahələri açıqlanıb

Rusiyada ən yüksək əmək haqqı verilən fəaliyyət sahələri açıqlanıb Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) 2019-cu ilin yanvar ayı üzrə ölkədə ən yüksək əmək haqqı olan iqtisadi fəaliyyət sahələrini açıqlayıb.
Region
318
28 Mart , 2019 10:40
Rusiyada ən yüksək əmək haqqı verilən fəaliyyət sahələri açıqlanıb

Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) 2019-cu ilin yanvar ayı üzrə ölkədə ən yüksək əmək haqqı olan iqtisadi fəaliyyət sahələrini açıqlayıb.

"Report" "Russia Today"ə istinadən xəbər verir ki, "Rosstat"ın məlumatına görə, Rusiyada bu dövr ərzində ən yüksək orta aylıq əmək haqqı faydalı qazıntı hasilatı sahəsində qeydə alınıb - 79,4 min rubl (2,1 min manat).

Maliyyə və sığorta fəaliyyəti 77,3 min rubl (2,04 min manat) ilə ikinci, informasiya və rabitə sahəsindəki fəaliyyət isə 66,2 min rubl (1,75 min manat) ilə üçüncüdür.

"Top-5"liyi peşəkar, elmi və texniki fəaliyyət - 61,2 min rubl (1,615 min manat) və nəqliyyat və saxlama sahəsi 46,9 min rubl (1,24 min manat) tamamlayır.

Hotel və ictimai iaşə müəssisələrinin əməkdaşları 27,2 min rubl (718 manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, ovçuluq, balıqçılıq nümayəndələri 27,3 min rubl (720 manat) ən az qazananlardır.

Ümumilikdə, Rusiyada 2019-cu ilin yanvar ayında orta aylıq əmək haqqı 42,2 min rubl (1,11 min manat) təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,3% çoxdur.

Son xəbərlər

Orphus sistemi