Rusiyada dünyada ilk dəfə süni intellektli qatarların sınaqları başlandı

Rusiyada dünyada ilk dəfə süni intellektli qatarların sınaqları başlandı "Rusiya Dəmir Yolları"Açıq Səhmdar Cəmiyyəti süni intellektli qatarların yoxlanılmasına başlayıb.
Region
2 Sentyabr , 2020 07:24
Rusiyada dünyada ilk dəfə süni intellektli qatarların sınaqları başlandı
0 : 00
0 : 00

"Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyəti süni intellektli qatarların yoxlanılmasına başlayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Dünyada ilk dəfə tətbiq edilən bu yenilik insan amillərinə görə qəzaların sayını minimuma endirmək üçün hazırlanıb.

Agentliyin məlumatına görə, artıq 10 təcrübəli lokomotiv yaradılıb. Bu lokomotivlər texniki görmənin köməyi ilə dəmir yolunda obyektləri aşkar edə bilərlər. Kompleks süni intellektdən istifadə edərək vəziyyəti qiymətləndirə, maşinistə təhlükə haqqında xəbərdarlıq siqnallarını verə, onun reaksiyası olmadıqda lazımi qərarları qəbul edə biləcək.

Sınaqların başa çatdırılması və sənaye istehsalatına icazənin alınması 2020-ci ilin payızında planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi