Rusiyada dörd nəfər yanğında ölüb

Rusiyada dörd nəfər yanğında ölüb Rusiyanın Petrozavodsk şəhərində güclü yanğın baş verib.
Region
18 Yanvar , 2021 04:17
Rusiyada dörd nəfər yanğında ölüb

Rusiyanın Petrozavodsk şəhərində güclü yanğın baş verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə çoxmərtəbəli yaşayış binasında yerləşən evlərin birində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra mənzildən ikisi qadın olmaqla üç nəfərin meyiti aşkar edilib.

Xəsarət alan iki nəfər və üç yaşlı uşaq xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi