Rusiyada deputat qətlə görə həbs edildi

Rusiyada deputat qətlə görə həbs edildi Rusiya Dövlət Dumasına Sverdlovsk əyalətindən deputat seçilmiş Gennadi Vinoqradov və oğlu qətl ittihamı üzrə həbs ediliblər
Region
15 May , 2021 15:52
Rusiyada deputat qətlə görə həbs edildi

Rusiya Dövlət Dumasının Sverdlovsk əyalətindən deputatı Gennadi Vinoqradov və oğlu qətl cinayəti ilə bağlı həbs ediliblər.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qətl hadisəsi 2003-cü ildə törədilib.

Qeyd edilir ki, 20 sentyabr 2003-cü ildə Sverdlovsk əyalətinin Artemovsk şəhərində vətəndaş B.V.-nın qətlə yetirlməsi faktı üzrə Rusiya Federasiyasının İstintaq Komitəsinin Dördüncü İstintaq idarəsi ilə Sverdlovsk əyalətinin və Qırmızı Qvardiya qəsəbəsinin Artemovsk rayonunda keçirilmiş istintaq hərəkətlərinin nəticəsində cinayət işinin yeni təfərrüatları ortaya çıxıb. Sverdlovsk əyalətinin Dumaya deputat seçilmiş Gennadi Vinoqradovun və onun 40 yaşlı oğlu Romanın cinayətin törədilməsinə iştirakı müəyyənləşdirilib.

Gennadi Vinoqradov
Gennadi Vinoqradov

Son xəbərlər

Orphus sistemi