Rusiyada 3 qubernator koronavirusa yoluxub

Rusiyada 3 qubernator koronavirusa yoluxub Qeyd edək ki, sentyabrın 19-da Saratov vilayətinin, sentyabrın 22-də Altay diyarının qubernatorlarının koronavirusa yoluxdurlarına dair məlumatlar yayılıb.
Region
263
22 Sentyabr , 2020 13:44
Rusiyada 3 qubernator koronavirusa yoluxub
Murat Kumpilov

Rusiya Federasiyanın Adıgey Respublikasının başçısı Murat Kumpilov koronavirusa yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu o, “Instagram” səhifəsində yazıb.

“Məsafədən idarəetmə rejimində işləməyə başlamışam. Buna səbəb koronavirusla bağlı testimin nəticəsinin müsbət çıxmasıdır. Özümü psi hiss etmirəm, xəstəliyin yüngül formasını keçirirəm”, - M.Kumpilov yazıb.

Qeyd edək ki, sentyabrın 19-da Saratov vilayətinin qubernatoru Valeri Radayev, sentyabrın 22-də isə Altay diyarının qubernatoru Viktor Tomenko koronavirusa yoluxub. 

Son xəbərlər

Orphus sistemi