Rusiyanın paytaxtı Moskvada koronavirus diaqnozunun qoyulduğu daha 5 nəfər ölüb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
"Moskvada təsdiq edilmiş pnevmaniyadan və koronavirus testinin müsbət nəticə verdiyi beş pasiyent öldü”, - deyə Koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan bildirilib.
Qeyd edilir ki, koronavirusdan ölən bütün yaşlı pasiyentlərdə digər xəstəliklər də müşahidə edilib. Onlar 61-74 yaşlı xəstələr olub.