Rusiyada daha 160 nəfər koronavirusdan ölüb

Rusiyada daha 160 nəfər koronavirusdan ölüb Rusiyada son bir gündə daha 8 232 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
29 Sentyabr , 2020 12:14
Rusiyada daha 160 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 8 232 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 167 805 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 160 nəfər artaraq 20 545-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 952 399 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 300 nəfər.

Son xəbərlər

Orphus sistemi