Rusiyada daha 120 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada daha 120 nəfər pandemiyanın qurbanı oldu Rusiyada son bir gündə daha 4 696 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
25 Avqust , 2020 11:42
Rusiyada daha 120 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada son bir gündə daha 4 696 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 966 189 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 120 nəfər artaraq 16 568-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 779 747 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 681 nəfər.

Son xəbərlər

Orphus sistemi