Rusiyada son bir gündə daha 9 150 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da ölkə üzrə koronavirusa yoluxanların sayı 4 623 984 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 402 nəfər artaraq 102 247-yə yüksəlib.
Eyni zamanda COVID-19-dan sağalanların sayı 4 248 700 pasiyentə çatıb.