Rusiyada son sutkada koronavirusa yoluxanların sayı daha 40 735 nəfər artaraq, 8 714 595 nəfərə yüksəlib.
Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.
Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 28 605 nəfər sağalıb və bu baxımdan ümumi say 7 505 971 nəfərə çatıb.
COVID-19-a yoluxmuş 1192 nəfər dünyasını dəyişib. Pandemiya baş qaldırandan indiyədək Rusiyada koronavirus səbəbindən ölənlərin ümumi sayı 244 447 nəfər təşkil edir.