Rusiyada bomba təhlükəsi barədə zənglərdən sonra təqribən 800 min nəfər evakuasiya olunub

Rusiyada bomba təhlükəsi barədə zənglərdən sonra təqribən 800 min nəfər evakuasiya olunub Partlayış barədə anonim zənglər Rusiyanın 120 şəhərində 1960 bina üzrə qeydə alınıb
Region
5 Oktyabr , 2017 12:48
Rusiyada bomba təhlükəsi barədə zənglərdən sonra təqribən 800 min nəfər evakuasiya olunub
РИА Новости / Александр Гальперин

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyanın 120 şəhərində bomba təhlükəsi barədə kütləvi zənglərin başlamasından sonra təxminən iki min binadan təqribən 800 min nəfər evakuasiya edilib. 

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Partlayış barədə anonim zənglər Rusiyanın 120 şəhərində 1960 bina üzrə qeydə alınıb. Evakuasiya edilənlərin ümumi sayı 765 min nəfəri keçib", - agentliyin mənbəyi bildirib.

Qeyd edək ki, Rusiyada telefon terrorizmi dalğası sentyabrın 11-də başlayıb və bu gün də davam edir.

Amma heç bir halda partlayışlar təhlükəsi təsdiqini tapmayıb.

Son xəbərlər

Orphus sistemi