Rusiyada bir gündə 88 mindən çox yoluxma halı qeydə alınıb

Rusiyada bir gündə 88 mindən çox yoluxma halı qeydə alınıb Rusiyada bir gündə rekord sayda – 88 816 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 12 807 nəfər xəstəxanaya yerləşdirilib
Region
27 Yanvar , 2022 12:26
Rusiyada bir gündə 88 mindən çox yoluxma halı qeydə alınıb

Rusiyada bir gündə rekord sayda – 88 816 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 12 807 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 665 nəfər artaraq 328 770-ə yüksəlib.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 11 404 617 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 129 691 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi