Rusiyada bir gündə 176 nəfər koronavirusdan ölüb

Rusiyada bir gündə 176 nəfər koronavirusdan ölüb Rusiyada son sutkada daha 6 800 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
26 iyun 2020 07:47
Rusiyada bir gündə 176 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada daha 6 800 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 620 794 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 176 nəfər artaraq 8 981-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 384 152 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 813 nəfər.

Son xəbərlər

Orphus sistemi