Rusiyada bıçaqla hücum törәdilib, 3 nəfər ölüb

Rusiyada bıçaqla hücum törәdilib, 3 nəfər ölüb Bir neçə nəfər Yekaterinburqdakı dəmir yolu vağzalı yaxınlığında atəş səsləri eşidib
Region
182
17 May , 2021 11:51
Rusiyada bıçaqla hücum törәdilib, 3 nəfər ölüb

Rusiyanın Yekaterinburq şəhərində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.

"Report" xəbər verir ki, E1.RU saytı bu barədə şahidlərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bir neçə nəfər Yekaterinburqdakı dəmir yolu vağzalı yaxınlığında atəş səsləri eşidib.

Hüquq-mühafizə orqanlarındakı mənbə hadisə nəticəsində 3 nəfərin öldüyünü bildirib.

İlkin məlumatlara görə, polis hücum edən şəxsi zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi