Rusiyada beş nəfər yol qəzasında ölüb

Rusiyada beş nəfər yol qəzasında ölüb Rusiya Federasiyasının Tuva Respublikasında ağır yol qəzası baş verib.
Region
24 İyul , 2021 07:44
Rusiyada beş nəfər yol qəzasında ölüb

Rusiya Federasiyasının Tuva Respublikasında ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, bu barədə Tuvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İçərisində beş nəfər olan “Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Yol qəzası nəticəsində üçü qadın olmaqla dörd nəfər hadisə yerində keçinib. Yeniyetmə sərnişin qəzadan sonra xəstəxanaya çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi