Rusiyanın Volqoqrad vilayətində, Moskva - Arxanqelsk magistral yolunda baş verən yol qəzasında dörd nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” Rusiya
Agentliyin məlumatına görə, qəza dekabrın 29-da, gecə saatlarında Moskva-Arxanqelsk magistralının 676-cı kilometrliyində baş verib. İlkin məlumatlara görə, avtomobilin sürücüsü qarşı zolağa çıxaraq digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində qarşı zolağa çıxan avtomobildə olan dörd nəfər, 1997-ci il təvəllüdlü sürücü, 1997 və 1975-ci il təvəllüdlü sərnişinlər və şəxsiyyəti müəyyən edilməmiş digər bir sərnişin ölüb. Digər avtomobildə olan sürücü və sərnişini xəstəxanaya müayinə üçün göndərilib.