Rusiyada baş verən yol qəzasında 38 nəfər xəsarət alıb

Rusiyada baş verən yol qəzasında 38 nəfər xəsarət alıb Rusiyanın Kalininqrad əyalətində sərnişin avtobusunun ağaca çırpılması nəticəsində zərərçəkənlərin sayı 38 nəfərə çatıb.
Region
29 İyun , 2021 04:23
Rusiyada baş verən yol qəzasında 38 nəfər xəsarət alıb

Rusiyanın Kalininqrad əyalətində sərnişin avtobusunun ağaca çırpılması nəticəsində 38 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, onlardan 8-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında iki uşaq da var.

"Bir qadın ağır vəziyyətdədir", - mənbə deyib.

İstintaq orqanları hadisə ilə əlaqədar cinayət işi qaldırıb.

Vilayət hökumətinin məlumatına görə, avtobusun maksimal sərnişin tutumu 82 nəfər təşkil edir. Qəza zamanı nəqliyyat vasitəsində 80 sərnişin olub. Avtobus hadisə vaxtı 47 km/saat sürətlə hərəkət edirmiş.

Son xəbərlər

Orphus sistemi