Bakı. 11 noyabr. REPORT.AZ/ Rusiyanın Volqoqrad şəhərində yaşayan iki nəfər yaşayış massivində baş verən yanğında diri-diri yanıb.
"Report" "Rosbalt"a istinadən xəbər verir ki, yanğınsöndürənlər baş verən yanğını yalnız hadisə yerinə gəldikdən bir saat sonra söndürə biliblər.
Amma yanğın zonasında olanları xilas etmək mümkün olmayıb. Sonradan yanğınsöndürənlər iki nəfərin cəsədini aşkar edib.
Ölənlərin kimliyi müəyyənləşdirilir. Yanğının səbəbləri də ekspertlər tərəfindən araşdırılır.