Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv edilib

Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv edilib Rusiya Prezidenti Vladimir Putin avtomobillərin məcburi texniki baxışdan keçirilməsini ləğv edib.
Region
105
30 Dekabr , 2021 21:50
Rusiyada avtomobillərin məcburi texniki baxışı ləğv edilib

Rusiya Prezidenti Vladimir Putin avtomobillərin məcburi texniki baxışdan keçirilməsini ləğv edib.

“Report” xəbər verir ki, Putinin imzaladığı sərəncama əsasən, ölkə vətəndaşların mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri nəqliyyat vasitələri və motosikletlər texniki baxışdan azad ediləcək.

Lakin bu, taksi və sərnişinlərin daşınması üçün istifadə olunan, habelə biznes məqsədləri üçün istifadə olunan şəxsi avtomobillərə şamil edilməyəcək.

Bundan əlavə, istehsal tarixi 4 ildən yuxarı olan avtomobil və motosikletlər satıldıqda, həmçinin, qeydiyyata alındıqda, yaxud nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə icbari texniki baxışdan keçmək məcburi olacaq.

Son xəbərlər

Orphus sistemi