Rusiyanın Krasnoyarsk diyarının Şuşenski rayonunda avtomobilin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsi teleqram kanalında məlumat verib.
Hadisə mayın 11-də səhər saatlarında Kaptırevo qəsəbəsi ilə Subbotino kəndi arasında baş verib.
Bildirilib ki, avtomobil qəzası nəticəsində 3-ü qadın, 2-si kişi olmaqla 4 sərnişin və 1 sürücü ölüb.