Rusiyada ata və oğul ayının hücumu nəticəsində həlak olublar

Rusiyada ata və oğul ayının hücumu nəticəsində həlak olublar Rusiyanın Primorye diyarının İstintaq Komitəsinin İstintaq İdarəsi Pojarski rayonunun bağ massivində ayının hücumu nəticəsində iki kişinin ölümü ilə bağlı müraciəti araşdırmağa başlayıb.
Region
23 Sentyabr , 2024 08:48
Rusiyada ata və oğul ayının hücumu nəticəsində həlak olublar

Rusiyanın Primorye diyarının İstintaq Komitəsinin İstintaq İdarəsi Pojarski rayonunun bağ massivində ayının hücumu nəticəsində iki kişinin ölümü ilə bağlı müraciəti araşdırmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidmətindən bildirilib.

“Primorye diyarının Pojarski rayonunda ayının hücumu və iki kişinin ölümü ilə bağlı müraciət daxil olub. İstintaqdan əvvəlki yoxlamaya başlanılıb”, – mətbuat xidməti diqqətə çatdırıb.

Qeyd olunub ki, ilkin məlumata görə, ölənlər ata və oğuldur.

Primorye diyarının regional meşə təsərrüfatı, ətraf mühitin mühafizəsi, heyvanlar aləmi və təbii sərvətlər nazirliyinin məlumatına görə, baş vermiş hadisə ilə əlaqədar yırtıcının öldürülməsinə icazə verilib. Ovçuluq nəzarəti mütəxəssisləri aqressiv ayının izlənməsi üçün tədbirlər görürlər. Həmçinin məlum olub ki, hadisədən bir gün əvvəl o, yaxınlıqda bir iti parçalayıb və yeyib, lakin bu barədə heç kim vaxtında məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi