Rusiyada terrorçu zərərsizləşdirildi

Rusiyada terrorçu zərərsizləşdirildi İnquşetiyanın Nazran şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Region
476
7 Avqust , 2020 02:13
Rusiyada terrorçu zərərsizləşdirildi

Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun operativ qərargahının xəbərində deyilir.

Respublikanın güc strukturlarındakı mənbənin məlumatına görə, əməliyyat zamanı bir silahlı zərərsizləşdirilib.

"Qanunsuz silahlı dəstənin bir üzvü zərərsizləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki yoxdur", - mənbə agentliyə bildirib.

Şahidlərin sözlərinə görə, Nazranın Dəmiryol Vağzalı ərazisində atəş səsləri eşidilib.

Orphus sistemi