Rusiyada ağır yol qəzasında bir neçə nəfər ölüb

Rusiyada ağır yol qəzasında bir neçə nəfər ölüb Rusiyanın Amur vilayətinin Skovorodino bələdiyyə dairəsində mikroavtobus və iki yük maşını toqquşub, nəticədə 6 nəfər ölüb, bir nəfər isə yaralanıb.
Region
21 Sentyabr , 2023 07:03
Rusiyada ağır yol qəzasında bir neçə nəfər ölüb

Rusiyanın Amur vilayətinin Skovorodino bələdiyyə dairəsində mikroavtobus və iki yük maşını toqquşub, nəticədə 6 nəfər ölüb, daha bir nəfər yaralanıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə “Lena” şossesinin 8-ci km-də qeydə alınıb. “Toyota Lite Ace Noah” və iki ədəd “Volvo” markalı avtomobilin toqquşub. Hadisə nəticəsində “Toyota”nın 6 sərnişini ölüb, sürücü xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi