Rusiyada ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Rusiyada ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var Rusiyada sərnişin avtobusu aşıb
Region
30 Aprel , 2021 22:19
Rusiyada ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var
0 : 00
0 : 00

Rusiyada sərnişin avtobusu aşıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 2 nəfər həlak olub, daha 32 nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisə Xabarovskda, Lidoqa yaşayış məntəqəsindən 140 kilometr məsafədə baş verib. Avtobus yoldan çıxaraq küvetə (şose boyunca uzanan xəndək) aşıb. Qəza yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.

TASS agentliyi isə bildirib ki, qəzaya sürücünün avtobusa idarəetməsi səbəb olub. Agentlik xəsarət alanların dəqiq sayını açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi