Rusiyada ABŞ və müttəfiqlərinə qarşı əks-sanksiyalar haqqında qanun layihəsi qəbul olunub

Rusiyada ABŞ və müttəfiqlərinə qarşı əks-sanksiyalar haqqında qanun layihəsi qəbul olunub Dövlət Dumasının bütün fraksiyaları qanun layihəsinin qəbul edilməsinin lehinə səs veriblər
Region
15 May , 2018 15:41
Rusiyada ABŞ və müttəfiqlərinə qarşı əks-sanksiyalar haqqında qanun layihəsi qəbul olunub
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Rusiya Dövlət Dumasında əks-sanksiyalar haqqında qanun layihəsi ilk oxunuşa çıxarılıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu, "Amerika Birləşmiş Ştatlarının və (və ya) digər xarici ölkələrin dostcasına olmayan addımlarına qarşı tədbirlər (əks reaksiya) barədə" qanunun çərçivə layihəsidir.

Qanun ABŞ və antirus sanksiyalarına qoşulmuş ölkələrə siyasi və iqtisadi xarakterli cavab tədbirlərinin görülməsi üzrə Rusiya prezidentinə və hökumətinə geniş səlahiyyətlər verir.

Dövlət Dumasının bütün fraksiyaları qanun layihəsinin qəbul edilməsinin lehinə səs veriblər.

Son xəbərlər

Orphus sistemi