Rusiyada 9 gənc qadına təcavüz edən erməni 14,5 il müddətinə azadlıqdan məhrum olunub

Rusiyada 9 gənc qadına təcavüz edən erməni 14,5 il müddətinə azadlıqdan məhrum olunub O, əvvəllər də təcavüzə, qarət və quldurluğa görə məhkumluq həyatı yaşayıb
Region
30 İyun , 2017 13:14
Rusiyada 9 gənc qadına təcavüz edən erməni 14,5 il müddətinə azadlıqdan məhrum olunub

Bakı. 30 iyun. REPORT.AZ/ Volqoqrad məhkəməsi silsilə cinayət törətmiş 41 yaşlı erməni Armani Axeyan barəsində 14,5 il azadlıqdan məhrumetmə cəzası kəsib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Məlumata görə, Axeyan 8 cinayət epizodu üzrə təqsirli bilinib.

O, seksual xarakterli zorakılığa, qətl törətmək, eləcə də ölümlə təhdid etmək maddələri əsasında mühakimə olunub.

41 yaşlı cinayətkar erməni 2015-ci ilin dekabrından 2016-cı ilin aprelindək binaların bloklarına girişdə yerli sakinlərə seksual xarakterli hücumlar edib, onları bıçaq və başqa soyuq silahla hədələyib. Məlumata görə, 16-27 yaş arasında olan 9 qadın onun cinayətlərinin qurbanı olub.

Axeyan 2004-2005-ci illərdə də təcavüzə, qarət və quldurluğa görə məhkumluq həyatı yaşayıb. 2015-ci ilin sentyabrında azadlığa çıxıb. 

Son xəbərlər

Orphus sistemi