Rusiyada 800-dən artıq adam koronavirusa görə müşahidə altındadır

Rusiyada 800-dən artıq adam koronavirusa görə müşahidə altındadır Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində 811 nəfər koronavirusa yoluxmada şübhəli bilinir.
Region
3 mart 2020 08:17
Rusiyada 800-dən artıq adam koronavirusa görə müşahidə altındadır
google.az

Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində 811 nəfər koronavirusa yoluxmada şübhəli bilinir.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti açıqlayıb.

Məlumata görə, müşahidə altında olan 811 nəfərdən 696-sı Çin vətəndaşıdır. Bundan başqa, ölkədə koronavirus daşıyıcılarının 3 nəfər olduğu da açıqlanıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 000-ə çatıb. Bunların 48 224 nəfəri sağalıb, 3 119 nəfər isə ölüb.

Son xəbərlər

Orphus sistemi